Bazar, Aprel 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İsrail Bakıda “nəbz yoxladı”, İran təhdid etdi – Nazirlərə hansı cavab verilib?

27/01/2026 14:00
Gündəm, Siyasət
45 3
İsrail Bakıda “nəbz yoxladı”, İran təhdid etdi – Nazirlərə hansı cavab verilib?
61
Baxış sayı

İsrail və İran yenidən aktivləşib. Bu aktivliyin mərkəzində isə yenə ölkəmiz var. Maraqlıdır ki, öncə 23 yanvar tarixində İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfər etdi. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşdü.

Yanvarın 26-da isə İsrailin xarici işlər naziri Gideon Saar Bakıya gəldi. Nazir səfər çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü.

Mövcud proseslər fonunda hər iki səfər diqqət çəkir, lakin təəccüblü deyil. Məsələ ondadır ki, İran və İsrail arasında gərginlik artdığı zamanlarda hər iki ölkədən yüksək səviyyəli rəsmilər ardıcıl şəkildə Azərbaycana səfər edirlər. Məlum olduğu kimi, hazırda İran ətrafında xüsusi bir gərginlik var. ABŞ hərbi qüvvələrini Yaxın Şərqdə cəmləşdirib və kontingentin sayını artırır.

Əvvəllər də qeyd etdiyim kimi, Vaşinqtonun İrana birbaşa müdaxilə etmək və ya Tehranla total müharibəyə girmək istədiyini düşünmürəm. Bu, həm xərcli, həm də uzunmüddətli bir müharibə ilə nəticələnər. Ən pis halda isə ABŞ ikinci bir Əfqanıstan ssenarisi ilə üzləşə bilər. İsrail isə açıq şəkildə İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini istəyir. Təl-Əviv Tehrandakı rejim devrilmədən və ən əsası, İran parçalanmadan geri addım atmaq niyyətində deyil. İran isə ehtimal olunan müdaxiləyə hazırlaşır. Burada söhbət təkcə daxili hazırlıqdan deyil, həm də qonşu ölkələrin mövqeyindən gedir.

Azərbaycanın proseslərdə rolu

Azərbaycan yerləşdiyi geostrateji mövqeyinə görə hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Lakin İsrail və İranın Bakıya baxışı və gözləntiləri kəskin şəkildə fərqlənir. Məsələn, Təl-Əviv diplomatik yollarla Bakının “nəbzini yoxlayır”. Gideon Saar Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib: “İranda mövcud rejim tərəfindən öz insanları qırılır. Onlardan digər ölkələrə qarşı necə münasibət gözləmək olar?! Heç vaxt imkan vermək olmaz ki, kütləvi qırğın silahı onların əlində olsun”.

Təl-Əviv əsas narahatlığının İranın nüvə silahı əldə etməsi olduğunu ifadə edərək bu ölkəyə müdaxilənin vacibliyini vurğulayır. Eyni zamanda İranda baş verən hadisələri, xüsusilə mülki şəxslərə qarşı yol verilən sərt davranışları qəbuledilməz sayır. Aydın məsələdir ki, Gideon Saar “İran vətəndaşları” desə də, burada həm də Güney azərbaycanlıları nəzərdə tutaraq Bakının həssas nöqtələrinə toxunmaq istəyir. Lakin bütün hallarda Təl-Əviv Bakını nəyəsə məcbur etməyə də çalışmır.

Məsələn, Gideon Saarın səfəri çərçivəsində Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumunun imzalanması, iki ölkə arasında iqtisadi əlaqələrin həcminin 360 milyon dolları ötdüyünün vurğulanması və digər detallar səfərin mahiyyət etibarilə ikitərəfli münasibətlərə töhfə xarakteri daşıdığı mesajını verməyə hesablanmışdı. Əslində isə istisna deyil ki, bu səfər Bakının İrana ehtimal olunan müdaxilə ilə bağlı mövqeyinin və “nəbzinin” yoxlanılması məqsədi daşıyırdı.

Tehranın Bakıdan gözləntisi

Vahid Cəlalzadənin səfərinə baxdıqda isə daha fərqli detallar ortaya çıxır. Məsələn, o, Ceyhun Bayramovla görüş zamanı İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib. Bu, mühüm detal idi. Çünki Tehran hər nə qədər məsələni daxili işi kimi təqdim etsə də, Bakının İrandakı soydaşların vəziyyətindən narahat olduğunu yaxşı bilir. Elə buna görə də mövcud durumla bağlı məlumat verməyə ehtiyac duyur.

Ceyhun Bayramovun isə öz növbəsində İranda sabitliyin önəmli olduğunu vurğulaması Bakının proseslərə yanaşmasının aydın ifadəsidir. Bəli, Azərbaycan soydaşların vəziyyətindən narahatdır, lakin Tehranın daxili işlərinə qarışmır və İranda sabitliyin qorunmasında maraqlıdır.

Lakin Vahid Cəlalzadənin Bakıda, Azərbaycan xarici işlər naziri ilə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” mesajı yersiz idi. Xüsusilə bu mesajın Bakıda verilməsi Tehranın ənənəvi hədə-qorxu ritorikasının davamı kimi qiymətləndirilə bilər.

Yekun yanaşma

Hər iki səfəri və Bakının verdiyi mesajları təhlil etdikdə ortaya çıxan nəticə əslində aydındır. Azərbaycan nə İranda gərginliyin artmasını, nə də İrana hərbi müdaxiləni istəyir. Bakı hər iki ssenarinin yaradacağı ortaq təhdidləri çox yaxşı anlayır. Şübhəsiz ki, ölkəmizi ən çox narahat edən məsələlərdən biri Güney azərbaycanlıların şimala mümkün axını və bunun yaradacağı iqtisadi və demoqrafik problemlərdir. Digər tərəfdən, Güney azərbaycanlıların İranda yaşaması Bakının əlində hər zaman pərdəarxası təzyiq elementi olaraq qalacaq.

Bu mənada nə İsrailin qapalı qapılar arxasında verdiyi ehtimal vədlər Bakını şirnikləndirir, nə də İranın hədə ritorikası qorxudur. Azərbaycan İsrail və İran arasında balansı qorumaqda qərarlıdır. Bu, həm ölkəmizin milli təhlükəsizliyi, həm regional sülh, həm də gələcək perspektiv planların davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

İsrail Bakıda "nəbz yoxladı", İran təhdid etdi - Nazirlərə hansı cavab verilib?
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Oxşarxəbərlər

Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi
Manşet

Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

26/04/2026 10:49
73
Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
59
Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar
Manşet

Zelenski Azərbaycandadır – Prezident Qəbələdə qarşıladı – Fotolar

25/04/2026 12:08
56
Baş nazir yeni əmr imzaladı
Manşet

Baş nazir yeni əmr imzaladı

24/04/2026 16:06
54
Əli Əsədov əmr imzaladı
Manşet

Əli Əsədov əmr imzaladı

24/04/2026 15:59
56
İlham Əliyev fərman imzaladı
Manşet

İlham Əliyev fərman imzaladı

24/04/2026 13:50
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zaur Kamalın efirinə icazə verilmədi

Zaur Kamalın efirinə icazə verilmədi

26/04/2026 11:21
56
Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

26/04/2026 11:10
66
Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

26/04/2026 10:58
65
Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

26/04/2026 10:49
73

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
77

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
67

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
78

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.