Gündəm24.az TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını bildirib və Tehranın razılığa gələcəyinə ümid etdiyini bildirib.
Ayova ştatında tərəfdarları qarşısında çıxış edən Tramp ABŞ-ın 2025-ci ilin iyun ayında İranın nüvə potensialını məhv etdiyini bir daha vurğuladı.
“Yeri gəlmişkən, hazırda İrana doğru gözəl şəkildə üzən başqa bir gözəl armada var. Görərik. Ümid edirəm ki, razılığa gələcəklər”, – deyə o bildirib.
Sədaqət Həsənova













