Bazar, İyun 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan və Çin XİN rəhbərləri Pekində görüşdü – FOTO

28/01/2026 17:21
Dünya, Siyasət
51 4
Azərbaycan və Çin XİN rəhbərləri Pekində görüşdü – FOTO
69
Baxış sayı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Van İ ilə görüşüb.

Bu barədə Gündəm24.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan Respublikası Prezidentinin Çinə ötən ilin aprel ayında həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb.

2027-ci il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illik yubileyinin qeyd olunacağı məmnunluqla xatırlanıb.

Nazirlər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Qoşulmama Hərəkatı və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Tərəflər həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsinin ikitərəfli münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib. Görüşdə, həmçinin post-münaqişə dövründə bərpa-quruculuq işləri və mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Minasızlaşdırma fəaliyyətində ANAMA-ya dəstəyə görə Çin tərəfinə təşəkkür ifadə olunub.

Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15:47

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pekindən Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb.

Gündəm24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ceyhun Bayramovun səfəri Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının güclü impulsunu, siyasi dialoq və əməkdaşlığın dərinləşdirilməsinə ortaq öhdəliyi əks etdirir.

Oxşarxəbərlər

Kiyev Belarusa qarşı hücuma hazırlaşır? – SENSASİON İDDİA
Dünya

Kiyev Belarusa qarşı hücuma hazırlaşır? – SENSASİON İDDİA

20/06/2026 23:11
54
İllər sonra şad xəbər verildi – Allahın möcuzəsi adlandırılır – FOTO
Dünya

İllər sonra şad xəbər verildi – Allahın möcuzəsi adlandırılır – FOTO

20/06/2026 22:53
55
Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Dünya

Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi

20/06/2026 22:26
55
Zelenski həmin ordeni geri qaytardı və görün nə dedi – FOTO
Dünya

Zelenski həmin ordeni geri qaytardı və görün nə dedi – FOTO

20/06/2026 22:19
54
Qardaş ölkədə faciə: ölən və yaralananlar var
Dünya

Qardaş ölkədə faciə: ölən və yaralananlar var

20/06/2026 22:04
53
Köçəryandan gözlənilməz addım
Dünya

Köçəryandan gözlənilməz addım

20/06/2026 21:43
52

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kiyev Belarusa qarşı hücuma hazırlaşır? – SENSASİON İDDİA

Kiyev Belarusa qarşı hücuma hazırlaşır? – SENSASİON İDDİA

20/06/2026 23:11
54
İllər sonra şad xəbər verildi – Allahın möcuzəsi adlandırılır – FOTO

İllər sonra şad xəbər verildi – Allahın möcuzəsi adlandırılır – FOTO

20/06/2026 22:53
55
XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO

XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI – FOTO

20/06/2026 22:49
54
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində – VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində – VİDEO

20/06/2026 22:30
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In