Vladislav Maslennikovun sözlərinə görə, blok 2014-cü ildə öz təşəbbüsü ilə Rusiya ilə dialoqu dondurub.
Gündəm24.az xəbər verir ki, Vladislav Maslennikov TASS-a verdiyi müsahibədə bildirib ki, Şimali Atlantika Alyansının Rusiya ilə əlaqələrini kəsməsindən sonra Rusiya və NATO arasında yalnız təcili rabitə kanalı qalıb.
Yüksək vəzifəli rus diplomat bildirib ki, 2022-ci ildə NATO ilə bütün əlaqələr kəsilib və yalnız təcili əlaqə kanalı qalıb. Maslennikovun sözlərinə görə, blok əslində 2014-cü ildən dialoqu dondurub və Avropada hərbi gərginliyin azaldılması təşəbbüsləri təqdir edilməyib. O əlavə edib ki, 2021-ci ilin dekabrında Brüsseldə NATO-ya təqdim etdikləri qarşılıqlı təhlükəsizlik zəmanətləri layihəsinə isə heç bir müsbət reaksiya verilməyib.
Sədaqət Həsənova













