Bazar ertəsi, Oktyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Pensiya alanlara şad xəbər: artımla bağlı sərəncam veriləcək – Rəsmi

29/01/2026 12:40
CƏMİYYƏT
852 17
Pensiya alanlara şad xəbər: artımla bağlı sərəncam veriləcək – Rəsmi
719
Paylaşım sayı
999
Baxış sayı

Qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da növbəti ilin yanvarında olur. Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” qanunun tələbidir. Bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş şəkildə haqq etdiyi məsələdir.

Gündəm24.az Unikal-a istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb:

“Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək. “Əmək pensiyaları haqqında” qanunun 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki, pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir. 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü ilin orta aylıq əməkhaqqı məbləğinin nominal artım göstəricisinə uyğun olaraq 8,1 faiz artırılmışdı. Həmin qayda ilə bu il də əmək pensiyaları bu dəfə 2025-ci ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək. Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əmək haqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 9,3 faiz artıb. Rəsmi açıqlamalarda hələlik 9-9,2 faiz arasında artım olacağı barədə fikirlər səsləndirilir. Artımın gerçəkdən neçə faiz olacağı barəda konkret rəqəm gələn həftə, yəni fevral ayının əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə fevralın əvvəllərində xüsusi Prezident sərəncamı veriləcək”.

Deputat bildirib ki, indeksləşdirmədən sonra ötən il pensiyaçıların yarıya qədərinin median pensiya səviyyəsində, yəni, 360 manat ətrafında aldığı pensiyalar təqribən 33 manat artıb 393 manata, 543 manat elan edilən orta pensiya ətrafında pensiya alanların pensiyası isə 50 manat ətrafında artıb 593 manata çatacağı gözlənilir:

“Əmək pensiyaları haqqında” qanunun tələbinə uyğun olaraq pensiya artımı əmək pensiyalarının hər üç növünə, yəni, yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara şamil ediləcək. Bu əsasda pensiya artımının 1,1 milyon pensiyaçını əhatə edəcəyi gözlənilir. Hələ 2025-ci il üzrə əmək haqqının orta illik artım göstəricisi məlum olmadığından, pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məbləğdə pensiya aldılar. Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla yanvar-fevral ayları üzrə artan məbləği birlikdə fevral ayında alacaqlar. Yəni, pensiyası 400 manat olan pensiyaçının pensiyası 37 manata yaxın artaraq 437 manata çatacaq. Amma o fevralda həm yanvar və həm də fevral ayının artmlarını birlikdə almaqla 474 manat alacaq. Mart ayından başlayaraq isə 437 manata yaxın pensiya alacaq”.

Ə.Məsimli qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanunun 29.1-1 maddəsinin tələblərinə görə, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin, yəni, inflyasiyanın illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir:

“2025-ci ildə fərdi şəxsi hesablardakı pensiya kapitalları rəsmi inflyasiya göstəricisi kimi qeydə alınmış 2,2 faiz səviyyəsində indeksləşdirilərək artırılmışdı. Sözügedən qanuna əsasən, 2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2025-ci ilin rəsmi inflyasiya göstəricisi səviyyəsində indeksləşdiriləcək. Bu rəqəm artıq məlumdur. 2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5,6 faiz səviyyəsində indeksləşdiriləcək. Hazırda 320 manat pensiya təminatı üçün minimum 46 080 manat pensiya kapitalı və ya 25 il iş stajı (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) tələb olunur. Fərdi hesabında minimum 46 080 manat pensiya kapitalı olan və minimum pensiya alan vətəndaşın vəsaiti bu il 2580 manat artırılıb 48 660 manata, fərdi hesabında 60 min manat olan pensiyaçının vəsiti- 3360 manat artırılaraq 63 360 manata çatacaq və s. Beləliklə, bu il əmək pensiyalarında artım 9 faiz ətrafında, vətəndaşların fərdi hesabında olan pensiya kapitalının artımı isə 5,6 faiz olacaq. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək”.

Oxşarxəbərlər

Bu avtobusun son dayanacağı dəyişdirildi
CƏMİYYƏT

Bu avtobusun son dayanacağı dəyişdirildi

19/10/2026 14:29
951
Sabah Bakının bu rayonlarında qaz olmayacaq
CƏMİYYƏT

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

19/10/2026 14:02
951
Alyona Əliyeva konsertdə – FOTO
CƏMİYYƏT

Alyona Əliyeva konsertdə – FOTO

19/10/2026 13:13
952
Onları da əsgər aparacaqlar – Rəsmi açıqlama
CƏMİYYƏT

Onları da əsgər aparacaqlar – Rəsmi açıqlama

19/10/2026 13:07
958
Sabah intensiv yağış yağacaq
CƏMİYYƏT

Sabah intensiv yağış yağacaq

19/10/2026 12:57
953
Evləri Sökülənlərə Ödənilən Məbləğ Dəyişir
Manşet

Evləri Sökülənlərə Ödənilən Məbləğ Dəyişir

19/10/2026 12:46
961

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19/10/2026 14:29
951
Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

19/10/2026 14:02
951
Dünya 3 noyabrı gözləyir: Tramp və Putin üçün “öldürücü zərbə”

Dünya 3 noyabrı gözləyir: Tramp və Putin üçün “öldürücü zərbə”

19/10/2026 13:48
952
Alyona Əliyeva konsertdə – FOTO

Alyona Əliyeva konsertdə – FOTO

19/10/2026 13:13
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
991

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
999

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.