Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya əlavə edib ki, baş katib Antonio Quterreş “açıq-aşkar bir tərəfdə oynayır”.
Gündəm24.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “Rusiya-24” televiziyasına verdiyi müsahibədə bildirib ki, Birləşmiş Millətlər Təşkilatı və baş katib Antonio Quterreş Ukrayna üzrə danışıqlar prosesində iştirak etmək üçün mənəvi səlahiyyətlərini itiriblər. O, Quterreşi açıq şəkildə bir tərəfə üstünlük verməkdə ittiham edib.
Diplomat qeyd edib ki, danışıqlar prosesində baş verənlər barədə mediadan xəbər tuturlar, çünki nə Rusiya, nə də BMT bu prosesdə iştirak etmir. Onun sözlərinə görə, “BMT, o cümlədən açıq-aydın bir tərəfdə oynayan baş katib, danışıqlarda iştirak etmək üçün mənəvi hüququnu itirib”.
Nebenzya əlavə edib ki, bu mövqeyi dəfələrlə ictimaiyyətə və şəxsən Antonio Quterreşə çatdırıb, lakin bunun heç bir nəticəsi olmayıb.
Sədaqət Həsənova














