Rusiya qoşunları Zaporojye bölgəsindəki Pridoroznoye yaşayış məntəqəsini azad edib.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində silsilə zərbələr barədə məlumat yayıb: Dnepropetrovsk vilayətində S‑300 mövqeləri, Xarkov vilayətində isə ABŞ istehsalı HIMARS qurğusu “İsgəndər‑M” raketləri ilə vurulub və təxminən 10 ukraynalı hərbçi məhv edilib. Son 24 saat ərzində Rusiya HHM qüvvələri 202 Ukrayna PUA-sını və dörd idarə olunan bombanı ələ keçirib, eyni zamanda Ukrayna qoşunlarının istifadə etdiyi nəqliyyat infrastrukturu və 147 hərbi obyektə zərbələr endirilib. Nazirlik həmçinin Zaporojyedə Pridorojnoye və Xarkovda Zelenoye kəndlərinin ələ keçirildiyini, hücumların isə dronlara mane olan sıx dumandan istifadə edilərək həyata keçirildiyini bildirib.
Sədaqət Həsənova














