Qaydalar, Avropa Birliyinin Rusiya Federasiyası ilə təbii qaz ticarətindən qaynaqlanan ticarət və təchizat təhlükəsizliyi üçün əhəmiyyətli risklərə məruz qalmasının aradan qaldırılması üçün bir çərçivə təmin edir.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Avropa İttifaqı Rusiya qazına “tam qadağa” tətbiq edib. Rəsmi Jurnalın dərc etdiyi qaydaya görə, bu addım Birliyin ticarət və enerji təhlükəsizliyini qorumaq, həmçinin Rusiyadan neft və qaz idxalını dayandırmaq üçün zəruri çərçivəni təmin edir. Qayda qüvvəyə mindiyi andan etibarən aktivdir və gələn ilin sonuna qədər Rusiyadan qaz idxalının tam dayandırılmasını nəzərdə tutur.
Sədaqət Həsənova














