İsrail qüvvələri Kfartebnitdəki bir binaya iki raketlə hücum edib.
Gündəm24.az xəbər verir ki, Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail döyüş təyyarələri Livanın cənubundakı Kfartebnit və Ayn Qana şəhərlərinə zərbələr endirib.

İsrail təyyarələri xəbərdarlıq verildikdən 40 dəqiqə sonra Ayn Qanada bir binaya və Kfartebnitdə başqa bir binaya iki raket hücumu həyata keçirib. İsrail ordusu əvvəldən Livanın cənubundakı hədəfləri — Hizbullahın silah anbarlarını — xəritədə göstərərək sakinləri əraziləri tərk etməyə çağırmışdı. Livan Səhiyyə Nazirliyinə görə, hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb, hakimiyyət isə İsrailin atəşkəs razılaşmasını pozduğunu bildirir.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.