Fələstinlilərin ilk qrupu Misirdən Qəzzaya qayıdıb. İnsanların sayı hələ dəqiqləşdirilməyib və prosesin davam etdiyi bildirilir.
Gündəm24.az xəbər verir ki, Misirin “Əl-Qahera Əl-İxbariya” telekanalı bildirir ki, ilk fələstinli qrup tibbi müalicə aldıqdan sonra Misirdən Qəzza zolağına qayıdıb. Sakinləri daşıyan avtobus Rəfah keçidindən Qəzzaya daxil olub və ÜST-ün müşayiəti ilə Xan Yunisə doğru hərəkət edib; bütün sərnişinlər tibbi müayinədən keçib, lakin insanların sayı hələ dəqiqləşdirilməyib. 2023-cü ilin oktyabrından bəri Rəfah keçidi yalnız Qəzzadan çıxışlar üçün açıq idi, girişlər isə əsasən humanitar yük maşınları vasitəsilə həyata keçirilirdi.
Sədaqət Həsənova














