Dmitri Peskov təhlükəsizlik məsələləri üzrə eyni işçi qrupunun danışıqlarda iştirak edəcəyini bildirib.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Kreml sözçüsü Dmitri Peskov Ukrayna təhlükəsizlik danışıqlarının ikinci raundunun Əbu-Dabidə 4 və 5 fevral tarixlərində keçiriləcəyini təsdiqləyib. O bildirib ki, Rusiya nümayəndə heyəti əvvəlki görüşdə olduğu kimi eyni tərkibdə iştirak edəcək.
Yanvarın 23 və 24-də baş tutan ilk rundan sonra ikinci raund əvvəlcə bazar gününə planlaşdırılsa da, cədvəl dəyişiklikləri səbəbindən təxirə salınıb. Rusiya danışıqlar qrupuna Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov, Ukrayna tərəfinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir.
Sədaqət Həsənova














