Mark Rutte səfərini Ali Radada çıxışı ilə açdı.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, NATO-nun baş katibi Mark Rutte Kiyevə səfər edib və səfərini Ukrayna parlamenti olan Ali Radada çıxışı ilə açıb.
Onun çıxışı parlamentin rəsmi YouTube kanalında yayımlanır.
Ruttenin səfərinin təfərrüatları hələlik açıqlanmayıb.
Ruttenin səfərləri adətən Ukraynanın yüksək vəzifəli şəxsləri və Vladimir Zelenski ilə görüşləri əhatə edir.
Sədaqət Həsənova














