Səudiyyə Ərəbistanı, Qətər, Oman, Pakistan, Misir və BƏƏ-nin ABŞ və İran arasında cümə günü İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara dəvət olunduğu bildirilir.
Gündəm24.az xəbər verir ki, Reuters-in məlumatına görə, cümə günü İstanbulda keçiriləcək ABŞ–İran danışıqlarının formatı hələ dəqiqləşməyib, lakin əsas məqsəd potensial münaqişənin qarşısını almaq və gərginliyi azaltmaqdır. Məlumata görə, danışıqlara Səudiyyə Ərəbistanı, Qətər, Oman, Pakistan, Misir və Birləşmiş Ərəb Əmirlikləri dəvət olunub, lakin gündəm və iştirak səviyyəsi hələ müəyyənləşdirilməyib.
Ağ Ev nümayəndəsi Stiv Vitkov və İranın xarici işlər naziri Abbas Əraqçinin nüvə sazişi məsələsini müzakirə etmək üçün İstanbulda görüşməsi planlaşdırılır. Bu görüş 2025-ci ilin iyunundan sonra ABŞ və İran rəsmiləri arasındakı ilk əlaqə olacaq və regional diplomatik səylərin nəticəsi kimi təşkil olunur.
Sədaqət Həsənova














