Dmitri Peskov bunun davam edəcəyini vurğuladı.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Əbu-Dabidə keçirilən üçtərəfli danışıqları konstruktiv və mürəkkəb proses adlandırıb.
Peskov bildirib ki, iş davam edir və danışıqlar iki gün ərzində aparılıb: “Bu, konstruktiv və eyni zamanda çox çətin idi. İş davam edəcək”.
4-5 fevral tarixlərində Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci mərhələsi baş tutub. Danışıqlardan sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov Rusiya və Ukrayna nümayəndələrinin 314 hərbi əsir mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb və qarşıdakı həftələrdə münaqişənin həlli ilə bağlı məsləhətləşmələrin davam edəcəyini bildirib.
Qeyd edək ki, üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib, Rusiya danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib.
Sədaqət Həsənova














