Lavrov ATƏT-in hazırda çox dərin bir böhran yaşadığını bildirərək, təşkilatın özünü məhv etmək ərəfəsində olduğunu vurğuladı.
Gündəm24.az xəbər verir ki, Türk media mənbəsinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) ciddi böhran içində olduğunu və özünü məhv etmək ərəfəsində olduğunu bildirib.
Moskvada ATƏT-in fəaliyyətdə olan sədri İsveçrənin xarici işlər naziri İqnazio Kassis və ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşən Lavrov Qərb ölkələrinin nəzarəti altında ATƏT-in vəziyyətinə diqqət çəkib. O, təşkilatın dərin böhran keçirdiyini və atılan addımlar səbəbindən dağılmaq üzrə olduğunu vurğulayıb.
Lavrov ATƏT böhranının əsas səbəbi kimi bir çox Qərb ölkələrinin Helsinki Yekun Aktında nəzərdə tutulmuş prinsiplərdən və təşkilatın zirvə görüşlərində qəbul edilmiş bəyannamələrdən radikal şəkildə yayınmasını göstərib. O, görüş zamanı ATƏT-ə mənfi təsir göstərən qlobal prosesləri müzakirə edəcəklərini əlavə edib.
Sədaqət Həsənova













