Rusiyanın xarici işlər naziri Lavrov bildirib ki, Avropa Avrasiya qitəsinə öz yanaşmasını diktə etməyə çalışır.
Gündəm24.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV televiziyasına verdiyi müsahibədə bildirib ki, Avropa açıq şəkildə Rusiyanın Orta Asiya və Qafqaz ölkələri ilə əməkdaşlığını pozmağa çalışır. Lavrov vurğulayıb ki, Avropa hələ də Avrasiya qitəsinə yanaşmasını diktə etməyə, Rusiya ilə Orta Asiya ölkələri və Qafqazdakı dostları arasında təbii əməkdaşlıq proseslərinə müdaxilə etməyə çalışır.
O əlavə edib ki, Qərb ölkələri Qara Dəniz Əməkdaşlıq Təşkilatını nəzərə almadan Qara Dəniz bölgəsinə irəliləyir və Arktika bölgəsində də oxşar hərəkətlər göstərirlər. Lavrov Avropanın bu davranışlarını açıq şəkildə zərərverici hesab edir.
Sədaqət Həsənova














