Şənbə, İyun 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…

22/02/2026 19:29
CƏMİYYƏT
46 3
Pensiya və müavinətlərlə bağlı mühüm YENİLİK – 5 manat…
62
Baxış sayı

Azərbaycanda pensiya və sosial müavinətlərin hansı bank vasitəsilə alınması məsələsi yenidən gündəmə gəlib.

Gündəm24.az Banker.az-a istinadən xəbər verir ki, hazırda pensiyaçıların və sosial ödəniş alan vətəndaşların böyük hissəsi vəsaitlərini əsasən iki bank üzərindən əldə edir.

Bu isə xüsusilə ödəniş günlərində bankomatların qarşısında uzun növbələrin yaranmasına səbəb olur.

Mövcud sistemdə vətəndaşlar bank seçimi etmək imkanına malik deyil, kartlar avtomatik qaydada müəyyən banklar vasitəsilə sifariş edilir. Bir çox pensiyaçı hesab edir ki, seçim hüququnun olmaması həm rahatlıq, həm də xidmət baxımından məhdudiyyət yaradır. Onların fikrincə, əgər bankı özləri seçə bilsələr, daha əlverişli xidmət və şərtlərdən yararlanmaq mümkün olar.

Xüsusilə yaşlı insanlar üçün bankomat növbələri və əlavə prosedurlar çətinlik yaradır. Bəzi vətəndaşlar bildirirlər ki, fərqli banklara müraciət etməyə öyrəşmədikləri üçün mövcud sistemlə kifayətlənirlər. Digər tərəfdən, bəzi bankların komissiya haqları da narazılıq doğurur. Pensiyaçılar əlavə 2–5 manat xidmət haqqı ödəmək istəmədiklərini vurğulayırlar.

Beynəlxalq təcrübədə sosial ödənişlərin hansı bank vasitəsilə alınması vətəndaşın öz seçiminə əsaslanır. Banklar müştəriləri cəlb etmək üçün əlavə bonuslar, aşağı komissiyalar, keşbek kampaniyaları və digər üstünlüklər təklif edirlər. Bu model maliyyə sektorunda rəqabəti gücləndirir və xidmət keyfiyyətini artırır.

Azərbaycanda da bu istiqamətdə dəyişiklik planlaşdırılır. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, bank sektoru və aidiyyəti dövlət qurumları tərəfindən zəruri texniki və təşkilati hazırlıq işləri aparılır. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələ Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də öz əksini tapıb. Strategiyaya əsasən, vətəndaşların pensiya və müavinət ödənişlərini istənilən bank vasitəsilə almaq üçün bank seçimində sərbəstliyin təmin edilməsi planlaşdırılır.

İlkin mərhələdə əməkhaqqı ödənişlərində seçim hüququnun tətbiqi prioritet hesab olunur. Daha sonra sistemin pensiya və sosial müavinətlərə də şamil ediləcəyi gözlənilir.

Qeyd edək ki, təxminən 1,2 milyon pensiya və sosial yardım alan vətəndaşın bank seçimi imkanı əldə etməsi bank sektoru üçün də iqtisadi baxımdan cəlbedici olacaq. Bu yenilik banklar arasında rəqabəti artıracaq, xidmət haqlarına və komissiyalara təsir göstərəcək, eyni zamanda vətəndaş məmnuniyyətini yüksəldəcək.

Oxşarxəbərlər

MEDİA: “Bəzi saytlarda şişirdilmiş başlıqlar süni ajiotaj yaradıb”
CƏMİYYƏT

MEDİA: “Bəzi saytlarda şişirdilmiş başlıqlar süni ajiotaj yaradıb”

20/06/2026 14:10
50
Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK
CƏMİYYƏT

Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK

20/06/2026 12:56
67
Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı
CƏMİYYƏT

Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı

20/06/2026 12:49
55
Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək
CƏMİYYƏT

Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20/06/2026 12:35
58
Nazir Dilqəm Məhərrəmova vəzifə verdi – FOTO
CƏMİYYƏT

Nazir Dilqəm Məhərrəmova vəzifə verdi – FOTO

20/06/2026 12:23
54
“Azəriqaz” siyahını açıqladı: Bu şəxslər qazsız qala bilər
CƏMİYYƏT

“Azəriqaz” siyahını açıqladı: Bu şəxslər qazsız qala bilər

20/06/2026 12:19
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Gülay Zeynalova: “Deyirlər, niyə hər dəfə onun əlindən tutursan?” – VİDEO

Gülay Zeynalova: “Deyirlər, niyə hər dəfə onun əlindən tutursan?” – VİDEO

20/06/2026 13:08
50
174 illik kilsə yanaraq külə döndü – VİDEO

174 illik kilsə yanaraq külə döndü – VİDEO

20/06/2026 12:58
52
Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK

Avtobusda bu qaydanı pozan sərnişinlər CƏRİMƏLƏNƏCƏK

20/06/2026 12:56
67
Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı

Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı

20/06/2026 12:49
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

Trampdan qalmaqallı açıqlama: “Mən olmasaydım, İsrail məhv olardı”

19/06/2026 14:20
58

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

Qərbi Azərbaycanın gizli xəzinəsi – Şəmşəddil mahalı

19/06/2026 10:14
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In