İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzinə yeni zərbələr endirməyə başlayıb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri az əvvəl Tehranın tam mərkəzində yeni zərbə dalğasına başlayıb”, – deyə açıqlamada bildirilir.
13:00
Tehranda güclü partlayış səsləri və tüstülər müşahidə olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Paylaşılan videolara görə, havaya qara tüstü buludları yüksəlir.
Məlumatlara əsasən, hadisələr SEPAH və Sablan meydanlarında baş verib və partlayışlar kifayət qədər güclü olub.













