Çərşənbə, İyun 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Daşınmaz əmlak bazarında real vəziyyət: ekspert proqnozlar verdi

02/03/2026 22:00
CƏMİYYƏT
52 3
Daşınmaz əmlak bazarında real vəziyyət: ekspert proqnozlar verdi
69
Baxış sayı

Mənzil sahibi olmaq Azərbaycanda yüzminlərlə vətəndaş üçün əsas məqsədlərdən biridir. Amma son illərdə daşınmaz əmlak bazarında qiymətlərin sürətlə artması bu arzunu reallaşdırmağı daha da çətinləşdirib. Xüsusilə paytaxt və ətraf bölgələrdə mənzil qiymətlərinin kəskin yüksəlməsi alıcıların seçim imkanlarını məhdudlaşdırır.

Gələcəkdə mənzil bazarında qiymətlər azalacaq, yoxsa daha da artacaq? Mənzil bazarındakı bu vəziyyət gənclərin gələcək planlarına necə təsir edir? Hansı addımlar qiymətlərin sabitləşməsinə və alıcılar üçün rahatlığa səbəb ola bilər?

Gündəm24.az xəbər verir ki, mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, qiymət artımının bir neçə səbəbi var. Onun sözlərinə görə, ötən il Mərkəzi Bankın açıqladığı məlumatlardan belə görünür ki, son 5 ildə mənzillərin qiymətində təxminən 50%-ə yaxın artım qeydə alınıb.

“Qiymət artımının əsas səbəb odur ki, tikinti materiallarının qiyməti yüksəlir. İkinci səbəb isə tikinti sektorunda şəffaflığın tam şəkildə təmin edilməməsidir. Başqa bir səbəb odur ki, regionlardan paytaxta və onun ətrafına gələnlərin sayı artır, lakin yeni mənzillərin sayı əhalinin artım sürətinə uyğun gəlmir. Nəticədə bazarda tələb təklifi üstələyir və bu da qiymətlərə təsir edir. Ölkədəki mövcud iqtisadi göstəriciləri və yaxın dövrün proqnozlarını nəzərə alsaq, yaxın 2-3 ildə mənzil bazarında ucuzlaşmanın olmayacağını deyə bilərik. Hesab edirəm ki, ucuzlaşma olmasa da, mənzil bazarında qiymət artımı nisbətən səngiyəcək”.

Ekspert xatırladıb ki, bu il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilib:

“Ehtimal etmək olar ki, paytaxt ərazisində olan yüz minlərlə qeydiyyatsız mənzilin qeydiyyata alınması ilə bağlı müəyyən addımlar atılacaq. Bu da mənzil bazarında təklifi artıra bilər. Digər bir səbəb isə işğaldan azad olunmuş ərazilərə köçürülən insanların sayının tədricən artmasıdır. Keçmiş məcburi köçkünlərdən boşalan mənzillər də birbaşa və ya dolayı yolla mənzil bazarına daxil olur. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın illərdə ciddi qiymət artımı müşahidə olunmayacaq. Amma mənzillərin gənclər üçün əlçatan olması üçün təkcə qiymətlərin sabit qalması və ya aşağı düşməsi kifayət deyil. Çünki mövcud qiymətlər hətta bir qədər aşağı düşsə belə, gənclər üçün əlçatan olmayacaq. Gənclərin mənzil sahibi olması üçün kənar dəstək, xüsusən də dövlət dəstəyi lazımdır. Hesab edirəm ki, gənclərin güzəştli ipoteka kreditlərinə əlçatanlığı genişləndirilməlidir”.

Ekspert qeyd edib ki, belə vəziyyətdə gənclər üçün ən uyğun çıxış yolu ilk növbədə sabit gəlir formalaşdırmaq və rəsmi gəliri artırmaqdır. Çünki ipoteka imkanları məhz rəsmi gəlirə əsaslanır.

“Gənclərə tövsiyəm odur ki, əgər rəsmi işləri varsa və bu, kredit götürməyə imkan verirsə, ipoteka ilə mənzil sahibi olsunlar. Dünyada müşahidə olunan mövcud iqtisadi-siyasi vəziyyət onu göstərir ki, yaxın illərdə sabitlik tam təmin olunmayacaq. Bu isə Azərbaycan iqtisadiyyatına da təsir edəcək. Azərbaycan bir çox məhsulları xaricdən idxal edir. Bu səbəbdən ölkə iqtisadiyyatı idxal inflyasiyasının təzyiqi altındadır. Manatın məzənnəsinin inzibati yollarla qorunmasına və digər sərt tədbirlərə baxmayaraq, qiymət artımının sürətləndiyini müşahidə edirik. Qiymətlər artırsa, deməli inflyasiya var. İnflyasiya varsa, deməli manat real dəyərini itirir. Bu halda manatla uzunmüddətli ipoteka krediti əldə etmək gənclər üçün müəyyən mənada əlverişli fürsət yarada bilər.

Məsələn, bir gənc bu gün 30 illik, faizlə birlikdə 150 min manat ipoteka krediti götürüb mənzil sahibi ola bilər. Ola bilsin ki, hazırkı əmək haqqına görə 150 min manat onun üçün böyük məbləğdir. Amma təsəvvür edin ki, 10 il keçir və inflyasiya səbəbindən maaşlar artır, qiymətlər qalxır, amma həmin gəncin banka olan borcu nominal olaraq eyni qalır. Yəni 150 min manatın real dəyəri aşağı düşür. Bu səbəbdən 10-15 ildən sonra ödəniləcək aylıq məbləğ real ifadədə daha az yük təşkil edə bilər. Bu baxımdan uzunmüddətli ipoteka müəyyən şərtlər daxilində gənclər üçün əlverişli ola bilər”.

Oxşarxəbərlər

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama
CƏMİYYƏT

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama

17/06/2026 14:15
51
Azərbaycanda bu internet provayderləri bağlandı – SİYAHI
CƏMİYYƏT

Azərbaycanda bu internet provayderləri bağlandı – SİYAHI

17/06/2026 13:40
51
Nazir sabiq müşavirinə yenidən vəzifə verdi – FOTO
CƏMİYYƏT

Nazir sabiq müşavirinə yenidən vəzifə verdi – FOTO

17/06/2026 12:58
51
Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?
CƏMİYYƏT

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

17/06/2026 12:53
52
Bloqerlər nə qədər qazanır? – RƏQƏMLƏR
CƏMİYYƏT

Bloqerlər nə qədər qazanır? – RƏQƏMLƏR

17/06/2026 12:40
51
Müavinət və Prezidentin aylıq təqaüdü ilə bağlı VACİB MƏLUMAT
CƏMİYYƏT

Müavinət və Prezidentin aylıq təqaüdü ilə bağlı VACİB MƏLUMAT

17/06/2026 12:28
51

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama

17/06/2026 14:15
51
Türkiyədə FACİƏ-Mədən UÇDU: ÖLƏN VAR

Türkiyədə FACİƏ-Mədən UÇDU: ÖLƏN VAR

17/06/2026 14:08
51
SON DƏQİQƏ: Bakıda yanğın başladı – FOTO

SON DƏQİQƏ: Bakıda yanğın başladı – FOTO

17/06/2026 14:06
51
Azərbaycanda bu internet provayderləri bağlandı – SİYAHI

Azərbaycanda bu internet provayderləri bağlandı – SİYAHI

17/06/2026 13:40
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
52

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
52

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
53

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.