Axşam saatlarında da Astara SGK məntəqəsindən Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşların təxliyəsi davam edir.
Gündəm24.az xəbər verir ki, 21:00-dan bu saata kimi 11 Rusiya Federasiyası, 15 Çin, 2 Tacikistan və 7 Azərbaycan vətəndaşı Astara SGK məntəqəsindən keçidi təmin olunub.
Təxliyə prosesi davam edir.
19:12
Saat 19:00 olan məlumata əsasən, Astara sərhəd gömrük-keçid məntəqəsindən 100-dən çox əcnəbi təxliyə olunub.
Gündəm24.az xəbər verir ki, təxliyə olunanlar arasında Rusiya Federasiyası, Çin və Pakistan vətəndaşları üstünlük təşkil edir.
70-dən yuxarı Rusiya vətəndaşı Azərbaycandan keçməklə ölkələrinə yola salınıb.
Təxliyə prosesi davam edir.














