Ölkəyə idxal edilən minik avtomobillərinin sayında əhəmiyyətli azalma qeydə alınıb. Bu göstərici ötən dövrlə müqayisədə təxminən 40 faiz aşağı düşüb.
Gündəm24.az xəbər verir ki, Avtomobil Dilerləri Asossasiyasının İdarə Heyətinin Sədri Eyyub Əliyev bu vəziyyətin əsas səbəblərindən biri ötən ilin son aylarında qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərdən əvvəl avtomobil bazarında yaranmış yüksək tələbat və həddindən artıq tədarük olduğunu bildirib.
Onun sözlərinə görə, avtomobil idxalının azalmasına təsir edən digər amillərdən biri də taksi fəaliyyəti ilə bağlı tətbiq olunan məhdudiyyətlər və bu sahədə müəyyən edilmiş say limitidir.
Bəs bu azalma bahalaşmaya səbəb ola bilər?
Məsələ ilə bağlı ekspert qeyd edib ki, hazırkı dövrdə bazarda bahalaşma gözlənilmir.(milli.az)














