Çərşənbə axşamı, İyun 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xəzər dənizi qlobal ekosistemin güzgüsüdür – Leyla Əliyeva

03/03/2026 16:28
Manşet, Siyasət
62 4
Xəzər dənizi qlobal ekosistemin güzgüsüdür – Leyla Əliyeva
83
Baxış sayı

Xəzər dənizi qlobal ekosistemin güzgüsüdür.

Gündəm24.az  xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında bildirib.

IDEA İctimai Birliyinin rəhbəri deyib ki, istənilən fəaliyyət müzakirə olunarkən, ətraf mühitin qorunması hər zaman prioritet olmalıdır.

O qeyd edib ki, dünya tarixi enerji keçidi dövrünü yaşayır: “Bəli, təbii qazın qlobal enerji təhlükəsizliyində mühüm rolunu qəbul edirik. Lakin ölkəmiz daha təmiz enerjiyə doğru irəliləməlidir. Fosil yanacaqların hava, su və vəhşi təbiətə vurduğu zərəri görməzlikdən gələ bilmərik”.

Leyla Əliyeva vurğulayıb ki, hər il hava çirklənməsi milyonlarla insanın həyatına son qoyur, uşaqların böyük əksəriyyəti zəhərli hava ilə nəfəs alır, okeanların əhəmiyyətli hissəsi isə insan fəaliyyəti nəticəsində çirklənməyə məruz qalır.

IDEA rəhbəri çıxışının əsas hissəsini Xəzər dənizinə həsr edib: “Xəzər dənizi təkcə bizim və sahilyanı ölkələrin problemi deyil. Əslində, Xəzər daha geniş qlobal ekosistemin güzgüsüdür. Əgər Xəzər çətin vəziyyətdədirsə, demək ki, dünya ekosistemi də təhlükə altındadır”.

O əlavə edib ki, Xəzər dənizinin səviyyəsinin ildən-ilə azalması ciddi narahatlıq doğurur: “Ancaq mən pozitiv düşüncəyə inanıram. Əminəm ki, birlikdə çalışaraq Xəzərin səviyyəsinin yenidən qalxmasına nail ola bilərik və onun Aral və Urmiya kimi yox olmasına imkan vermərik. Lakin hərəkətə keçmək üçün zaman məhz indidir”.

Leyla Əliyevanın sözlərinə görə, Xəzər dənizinin heyvanat aləmi təhlükə altındadır: “Son yüz ildə Xəzər suitilərinin sayı 1 milyondan 200 minə düşüb”.

O qeyd edib ki, milyonlarla insanın yaşayışı, limanlar və gündəlik iqtisadi fəaliyyətlər də bu prosesdən təsirlənir.

Leyla Əliyeva çıxışı zamanı Azərbaycanın “yaşıl enerji” istiqamətində atdığı addımlara da toxunub: “Ölkəmiz bərpa olunan enerji layihələrinə fəal şəkildə sərmayə yatırır və “yaşıl enerji” mərkəzinə çevrilməyi hədəfləyir”.

Leyla Əliyeva IDEA İctimai Birliyinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təbiətin qorunması istiqamətində geniş layihələr həyata keçirdiyini xatırladıb: “Layihələrimiz milyonlarla ağacın əkilməsi, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması və gənclərin ekoloji maarifləndirilməsini əhatə edir”.

Oxşarxəbərlər

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Manşet

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

23/06/2026 16:20
51
Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI
Manşet

Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI

23/06/2026 13:40
55
Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”
Manşet

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
68
Prezidentin Şuşada uşaqlarla səmimi görüşü – VİDEO
Manşet

Prezidentin Şuşada uşaqlarla səmimi görüşü – VİDEO

23/06/2026 13:08
56
Prezident ona yüksək vəzifə verdi (FOTO)
Manşet

Prezident ona yüksək vəzifə verdi (FOTO)

23/06/2026 12:04
56
Zaman Barat oğlu İsgəndərov – zəhmətin, xeyirxahlığın və insanlıq məktəbinin daşıyıcısı
Manşet

Zaman Barat oğlu İsgəndərov – zəhmətin, xeyirxahlığın və insanlıq məktəbinin daşıyıcısı

23/06/2026 12:02
74

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

23/06/2026 16:20
51
Lukaşenkodan Zelenskiyə cavab: “Müdafiə olunmaq üçün hər şeyimiz var”

Lukaşenkodan Zelenskiyə cavab: “Müdafiə olunmaq üçün hər şeyimiz var”

23/06/2026 16:00
50
Bu hospitalın lisenziyası ləğv edildi — FOTO

Bu hospitalın lisenziyası ləğv edildi — FOTO

23/06/2026 15:58
50
Tiktokda canlı yayımda söyüş söyən həbs olundu

Tiktokda canlı yayımda söyüş söyən həbs olundu

23/06/2026 15:48
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
68

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
74

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
58

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In