Ukrayna ordusu Aralıq dənizində Rusiyaya məxsus maye qaz daşıyan gəmiyə hücum edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hücum Liviya sahillərində Ukraynanın dəniz dronları tərəfindən həyata keçirilib.
Rusiya vətəndaşları olan 30 heyət üzvünün hamısı xilas edilib.
Qeyd edək ki, bundan öncə Ukraynanın Novorossiysk limanında Rusiyanın beş hərbi gəmisini vurub.














