ABŞ, İsrail və Qətər Dohada HƏMAS-a endirilən zərbələrdən sonra yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq üçün üçtərəfli mexanizm yaratmaq barədə razılığa gəlib.
Gündəm24.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Qətərin baş naziri ilə telefon danışığı aparıblar.
Söhbət zamanı Netanyahu İsrailin Qətərdəki HƏMAS hədəflərinə raket zərbəsi endirməsi nəticəsində bir Qətər əsgərinin ehtiyatsızlıqdan həlak olmasına görə təəssüfünü ifadə edib.
O, həmçinin İsrailin Qətərin suverenliyini pozmasından dərin təəssüfləndiyini vurğulayıb və gələcəkdə bu cür hücumların təkrarlanmayacağına söz verib.
Elay RZAZADƏ,
Gündəm24.az














