Dubay hökuməti sərnişinlərin və personalın təhlükəsizliyini təmin etmək məqsədilə hava limanında uçuşların müvəqqəti dayandırıldığını elan edib.
Gündəm24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu qərar hava limanının ərazisinə pilotsuz uçuş aparatının düşməsi nəticəsində yanacaq çəninin zədələnməsi və yanğının baş verməsi ilə bağlı qəbul olunub.
Dubay Beynəlxalq Hava Limanında həyata keçirilməli olan reyslərin regiondakı digər aeroportlara yönləndirildiyi bildirilir.
Yerli polis yanğın səbəbilə Dubay hava limanına gedən yolda magistral yolun və tunelin müvəqqəti bağlandığını açıqlayıb.














