Çərşənbə, Mart 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır

18/03/2026 11:11
CƏMİYYƏT
62 2
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır
81
Baxış sayı

Son günlər qəbiristanlıqlarda məzar yerlərinin ödənişli əsasla satılması məsələsi yenidən gündəmə gəlib.

Gündəm24.az  xəbər verir ki, yaxınları vəfat edən vətəndaşlar qeyd edirlər ki, qəbiristanlıqlara üz tutduqda məzar yerləri müxtəlif məbləğlər qarşılığında satışa çıxarılır.

Onlar bildirirlər ki, məzar yerlərinin qiymətləri ərazilərdən asılı olaraq 250 manatdan 10 min manata qədər dəyişir.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları arasında müzakirə və məsləhətləşmələr aparılır:

“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, qəbiristanlıqların salınması, idarə olunması və bu sahədə xidmətlərin təşkili ilə bağlı məsələlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, ölkə ərazisində qəbiristanlıqların salınması, idarə olunması, mühafizəsi, zərurət yarandıqda köçürülməsi, eləcə də bağlı elan edilməsi ilə bağlı tələblər və prosedurlar müəyyən edilib. Həmin normativ-hüquqi aktın tələblərinə uyğun olaraq, qəbiristanlıqların idarə olunması və bu sahədə xidmətlərin təşkili bələdiyyələrin səlahiyyətlərinə aid edilib. Qərara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, respublikamızda olan və ya yaşayan, habelə qaçqın statusu almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, eləcə də kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlıq müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Eyni zamanda bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi respublikanın bəzi ərazilərində məzar yerlərinin vətəndaşlara ödəniş müqabilində ayrılması barədə məlumatların cəmiyyətdə doğurduğu haqlı narahatlığı bölüşür. Hazırda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları arasında müzakirə və məsləhətləşmələr aparılır”, – cavabda vurğulanıb.

Oxşarxəbərlər

Hər ay milyonlarla manatımız hara gedir? – Tələdəki pendir effekti
CƏMİYYƏT

Hər ay milyonlarla manatımız hara gedir? – Tələdəki pendir effekti

18/03/2026 15:29
51
Kupçasız evlərlə bağlı qərar bu gün AÇIQLANIR
CƏMİYYƏT

Kupçasız evlərlə bağlı qərar bu gün AÇIQLANIR

18/03/2026 14:59
51
Onların maaşı QALDIRILIR – Nazir açıqladı
CƏMİYYƏT

Onların maaşı QALDIRILIR – Nazir açıqladı

18/03/2026 14:39
51
İcra Hakimiyyətində yeni təyinat
CƏMİYYƏT

İcra Hakimiyyətində yeni təyinat

18/03/2026 13:38
52
Bayram günlərində ASAN Xidmət işləyəcək?
CƏMİYYƏT

Bayram günlərində ASAN Xidmət işləyəcək?

18/03/2026 12:55
54
Lalə Azərtaşın verilişi bağlanmayıb
CƏMİYYƏT

Lalə Azərtaşın verilişi bağlanmayıb

18/03/2026 12:48
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hər ay milyonlarla manatımız hara gedir? – Tələdəki pendir effekti

Hər ay milyonlarla manatımız hara gedir? – Tələdəki pendir effekti

18/03/2026 15:29
51
Kupçasız evlərlə bağlı qərar bu gün AÇIQLANIR

Kupçasız evlərlə bağlı qərar bu gün AÇIQLANIR

18/03/2026 14:59
51
Əli Laricani və oğlunun tabutlarının görüntüləri yayıldı – FOTO

Əli Laricani və oğlunun tabutlarının görüntüləri yayıldı – FOTO

18/03/2026 14:44
50
Onların maaşı QALDIRILIR – Nazir açıqladı

Onların maaşı QALDIRILIR – Nazir açıqladı

18/03/2026 14:39
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
71

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
82

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In