Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
CƏMİYYƏT
41 1
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA
53
Baxış sayı

Bakı şəhərinin baş planı çərçivəsində sökülməsi nəzərdə tutulan evlərin kvadrat metri üzrə kompensasiyanın necə hesablanacağı əsas müzakirə mövzularından biridir. Bu zaman kompensasiyanın bütün şəhər üzrə eyni, yəni standart qiymətlə müəyyənləşdirilib veriləcəyi, yoxsa hər ərazinin öz bazar dəyərinə uyğun fərqli şəkildə hesablanacağı sual doğurur. Çünki paytaxtın müxtəlif rayonlarında daşınmaz əmlakın qiymətləri bir-birindən ciddi şəkildə fərqlənir və bu fərq kompensasiya mexanizminə birbaşa təsir edir.

Gündəm24.az  xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Demokrat.az-a bildirib ki, Bakı şəhərinin 2040-cı ilədək baş planına əsasən, şəhərin bir sıra rayonlarında istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan evlərin söküntüsü aparılır:

“Bu plan çərçivəsində həmin binalar və həyət evləri sökülərək yerində müasir memarlıq üslubuna uyğun yaşayış binaları tikiləcək. Bu baxımdan sözügedən ərazilərdə yaşayan sakinlərin bir qismi yerləşdikləri əraziyə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla kompensasiya alır, digər hissəsi isə yerində tikiləcək binalardan mənzillə təmin olunur.

Söküntü prosesi əsasən dörd mərhələdən ibarətdir. Birinci mərhələdə MTK ilə sakin arasında söküləcək mənzilin sahəsi müəyyənləşdirilir və razılıq əldə olunarsa, proses ikinci mərhələyə keçir. İkinci mərhələdə sökülən evin yerində tikiləcək yeni binada həmin mənzilə əlavə kvadrat metrlər daxil olmaqla təminat məsələsi razılaşdırılır. Üçüncü mərhələdə vətəndaşa iki seçim təqdim olunur: ya təmir xərci ödənilir və o, mənzili özü təmir edir, ya da həmin vəsaitin əvəzinə əlavə kvadrat metr götürür. Dördüncü mərhələdə isə razılıq əldə olunacağı təqdirdə sakin yeni bina istifadəyə verilənədək kirayə mənzillə təmin edilir və kirayə haqqı şirkət tərəfindən ödənilir. Bu müddət adətən 2-3 il davam edir və tikintinin həcminə görə müqavilədə dəqiq müəyyənləşdirilir.

Bütün proses qarşılıqlı razılaşma əsasında həyata keçirilir və kompensasiya və ya yeni mənzil seçimi tərəflərin razılığı ilə müəyyən olunur. Kompensasiya seçildikdə əmlakın yerləşdiyi ərazi nəzərə alınmaqla bazar qiyməti əsasında ödəniş edilir. Lakin daha sərfəli variant kimi yerində tikiləcək binadan əlavə kvadratla mənzil əldə edilməsi göstərilir. Yeni binalarda mənzillərin daha yüksək qiymətə satılması səbəbindən bu seçim gələcəkdə daha çox gəlir gətirə bilər”, – deyə o qeyd edib.

Beləliklə, Bakının Baş planı çərçivəsində tətbiq olunan kompensasiya mexanizmi standart qiymətlərə deyil, tamamilə ərazinin daşınmaz əmlak bazarına uyğun fərqli tariflərlə hesablanır. Prosesin hər bir mərhələsi sakinlərin seçimləri və şirkətlərlə bağlanılan rəsmi müqavilələr əsasında tənzimlənir.

Oxşarxəbərlər

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…
CƏMİYYƏT

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
56
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
CƏMİYYƏT

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

17/06/2026 20:06
54
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…
CƏMİYYƏT

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…

17/06/2026 19:41
55
Bakıda yeni bazar fəaliyyətə başladı
CƏMİYYƏT

Bakıda yeni bazar fəaliyyətə başladı

17/06/2026 18:36
55
Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq
CƏMİYYƏT

Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq

17/06/2026 18:00
58
AZAL sərnişinlərin daşınması ilə bağlı YENİ MƏLUMAT YAYDI
CƏMİYYƏT

AZAL sərnişinlərin daşınması ilə bağlı YENİ MƏLUMAT YAYDI

17/06/2026 17:28
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

17/06/2026 23:25
53
Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
56
Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

17/06/2026 22:54
54
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
55

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
56

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In