İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzi dövlətləri sayılan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə təxirəsalınmaz xəbərdarlıq ünvanlayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə məlumat SEPAH-in yaydığı rəsmi bəyanatda öz əksini tapıb.
Qurum bu ölkələrə müraciət edərək, neft-kimya müəssisələrində çalışan personalın dərhal təxliyə olunmasını tələb edib.













