Türkiyənin İstanbul şəhərində keşnişin qiyməti sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Gündəm24.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı həmin ölkədə yaşayan jurnalist Dərya Nur Cəfərova paylaşıb. Onun sözlərinə görə, qablaşdırılmış formada satılan 1 dəstə keşnişin qiyməti Azərbaycan pul vahidi ilə 7 manat 10 qəpik təşkil edir. Jurnalist qeyd edib ki, bu məhsulu 7 manatdan ucuz tapmaq demək olar ki, mümkün deyil.
Maraqlıdır ki, şərhlərdə fərqli qiymətlər də səsləndirilib. Bəzi istifadəçilər bildiriblər ki, Ankara şəhərində keşnişin 1 dəstəsi təxminən 60 qəpiyə, kilosu isə 5 manata təklif olunur.
Qiymətlər arasındakı fərq Azərbaycanla müqayisədə daha qabarıq görünür. Belə ki, Azərbaycanda 1 dəstə keşnişin qiyməti cəmi 20 qəpik təşkil edir. Bu isə İstanbul ilə müqayisədə dəfələrlə ucuz deməkdir.















