Xəzər rayonunda insident baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun Buzovuna qəsəbəsində fəaliyyət göstərən restoranda qeydə alınıb.
Məlumata görə, orada məclis zamanı müştərilər arasında mübahisə baş verib. Bu zaman dörd nəfər bir nəfərə qarşı zor tətbiq edərək ona xəsarətlər yetirib.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991, 1996, 1998 və 1985-ci il təvəllüdlü şəxslər müəyyən olunaraq saxlanılıblar.
Hadisənin şahidi olan aktrisa Üzel Kərimova gördüklərini nəql edib.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. /Baku Tv/













