Bazar ertəsi, Mart 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hərbi xidmətə gedənlərin diqqətinə: “Öz istəyilə” tələsi nədir?

21/03/2026 08:45
CƏMİYYƏT
41 1
Hərbi xidmətə gedənlərin diqqətinə: “Öz istəyilə” tələsi nədir?
53
Baxış sayı

Azərbaycan Respublikasında ordu quruculuğu və vətəndaşların hərbi xidmətə çağırılması prosesi qanunvericiliklə ciddi şəkildə tənzimlənən, dövlət əhəmiyyətli bir məsələdir.

Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin mülki həyatda qazandıqları əmək hüquqlarının qorunması, onların xidmətə yollanarkən maddi itkilərə məruz qalmaması və qayıtdıqdan sonra iş yerlərinin saxlanılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Lakin təcrübədə bəzi işəgötürənlərin və kadrlar şöbəsinin (HR) əməkdaşlarının qanunvericiliyin tələblərindən yayınaraq, hərbi xidmətə gedən şəxslərə “öz istəyi ilə işdən azad olunma” barədə ərizə imzalatmağa çalışması hallarına rast gəlinir. Bu yanaşma həm mənəvi, həm də hüquqi baxımdan vətəndaşın maraqlarına ziddir, çünki hərbi xidmətə çağırış könüllü işdənçıxma deyil, tərəflərin iradəsindən asılı olmayan hüquqi bir zərurətdir. İşçinin bu mərhələdə hansı maddə ilə işdən ayrılması, onun həm xidmətə gedərkən alacağı müavinətlərə, həm də xidmətdən sonrakı karyera bərpasına birbaşa təsir göstərir.

genc-huquqsunas-alim-natiq-esgerov-tebligata-basladi

Məsələ ilə bağlı NOCOMMENT.az-a şərh verən hüquqşünas Natiq Ələsgərov bildirib ki, hərbi xidmətə çağırış vərəqi təqdim edən işçiyə “öz istəyi ilə” ərizə yazdırmaq cəhdi birbaşa qanun pozuntusudur:

“Vətəndaş bilməlidir ki, hərbi xidmətə çağırılma Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən, tərəflərin iradəsindən asılı olmayan hallarla bağlı xitam əsasıdır. Əgər işçi HR-ın təqdim etdiyi “öz istəyimlə” (Məcəllənin 69-cu maddəsi) formasında ərizəni imzalayarsa, o, qanunla ona çatmalı olan orta aylıq əməkhaqqının azı iki misli miqdarında ödənilən müavinətdən məhrum olur. Çünki 69-cu maddə ilə xitam zamanı belə bir müavinət nəzərdə tutulmur. İşəgötürən çağırış vərəqini əsas götürərək xüsusi xitam əmri hazırlamalı və orada xitamın səbəbi kimi məhz hərbi xidmətə çağırılmanı göstərməlidir. Bu, vətəndaşın həm maddi hüquqlarını təmin edir, həm də onun gələcəkdə həmin iş yerinə qayıtmaq üçün hüquqi bazasını möhkəmləndirir”.

Hərbi xidmətə gedənlərin nəzərinə: mobil telefonu olan şəxslər… - VİDEO - Globalinfo.az

Hüquqşünas həmçinin vurğulayıb ki, vətəndaşların bu prosesdə təqdim etdiyi ərizənin mətni çox önəmlidir və burada “öz istəyimlə” ifadəsi yer almamalıdır:

“İşçi ərizəsində aydın şəkildə qeyd etməlidir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilməsini xahiş edir. Bu müraciətə çağırış vərəqinin surəti əlavə edilməlidir. Bu halda işəgötürən qanunvericiliyin tələbinə uyğun olaraq, işçiyə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanı və hərbi xidmətə çağırılma ilə bağlı müavinəti tam şəkildə ödəməlidir. Hərbi xidmətdən tərxis olunduqdan sonra da qanun vətəndaşı qoruyur. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslərin xidməti başa vurduqdan sonra 60 təqvim günü ərzində həmin müəssisədə əvvəlki və ya ona bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququ var. Əgər işçi “öz istəyi ilə” çıxmış olarsa, işəgötürən gələcəkdə onu yenidən işə götürməkdən imtina edə bilər. Bu səbəbdən vətəndaşlar ayıq-sayıq olmalı və hüquqlarını sona qədər müdafiə etməlidirlər”.

Oxşarxəbərlər

Vəfat etmiş şəxsin pensiyasını bu halda almaq MÜMKÜN OLACAQ
CƏMİYYƏT

Vəfat etmiş şəxsin pensiyasını bu halda almaq MÜMKÜN OLACAQ

23/03/2026 13:06
52
Güclü külək, intensiv yağış, qar yağacaq – Sabahın HAVASI
CƏMİYYƏT

Güclü külək, intensiv yağış, qar yağacaq – Sabahın HAVASI

23/03/2026 12:44
54
Məşhur veriliş BAĞLANDI
CƏMİYYƏT

Məşhur veriliş BAĞLANDI

21/03/2026 22:12
54
Yaşlı insanların NƏZƏRİNƏ
CƏMİYYƏT

Yaşlı insanların NƏZƏRİNƏ

21/03/2026 20:18
52
Sürücülər üçün yenilik: LƏĞV EDİLDİ
CƏMİYYƏT

Sürücülər üçün yenilik: LƏĞV EDİLDİ

21/03/2026 19:45
55
Xəbərdarlıq edildi- Sabah DİQQƏTLİ OLUN
CƏMİYYƏT

Xəbərdarlıq edildi- Sabah DİQQƏTLİ OLUN

21/03/2026 19:23
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İsrail Təbrizdə evləri və parkı VURDU: Ölənlər və yaralananlar var

İsrail Təbrizdə evləri və parkı VURDU: Ölənlər və yaralananlar var

23/03/2026 14:08
50
Albaniyada hökumət binasına HÜCUM

Albaniyada hökumət binasına HÜCUM

23/03/2026 14:00
50
34 il sonra onu xilas edən döyüşçü ilə üz-üzə gəldi – FOTOlar

34 il sonra onu xilas edən döyüşçü ilə üz-üzə gəldi – FOTOlar

23/03/2026 13:48
50
Murad Dadaşov Lalə Azərtaşın reklam etdiyi həkimlərə güvənmədi? – SEÇİMİ QALMAQAL YARATDI

Murad Dadaşov Lalə Azərtaşın reklam etdiyi həkimlərə güvənmədi? – SEÇİMİ QALMAQAL YARATDI

23/03/2026 13:39
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtın 15-ci məhəlləsində yanğın baş verdi-VIDEO(FOTOLAR)

Sumqayıtın 15-ci məhəlləsində yanğın baş verdi-VIDEO(FOTOLAR)

20/03/2026 22:35
75

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi ümumşəhər bayram tədbirində iştirak edib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi ümumşəhər bayram tədbirində iştirak edib-FOTOLAR

19/03/2026 15:12
60

Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

16/03/2026 17:50
82

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.