Hərbi müşahidəçi Canluka Di Feo bildirib ki, İranın cavab zərbəsinin ilk dalğasını dəf etmək üçün səksən raketdən istifadə edilib, ötən ilin iyun ayında münaqişə zamanı isə daha 50-yə yaxın raketdən istifadə edilib.
Gündəm24.az xəbər berir ki, İtaliyanın “La Repubblica” qəzetinin hərbi müşahidəçisi Canluka Di Feo bildirib ki, İsrailin hava hücumundan müdafiə sistemləri tükənmə əlamətləri göstərir və artıq İrandan gələn kütləvi hücumlara qarşı təsirli deyil. O, qeyd edib ki, Arrow 3 sistemlərinin ehtiyatları sürətlə azalır və yəhudi dövləti artıq bu sistemlərdən getdikcə daha az istifadə edir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu ən müasir silahlarını yerləşdirib və kaset sursatları ilə İsrailin müdafiəsini pozmağa davam edir. David’s Sling sistemi daxil olan mərmiləri yalnız son mərhələdə məhv edə bilir ki, bu da ölümcül zərbələrin qarşısını almaqda gecikməyə səbəb olur.
ABŞ Fars körfəzi ölkələrində THAAD, Patriot və SM-3 sistemlərini aktivləşdirib, lakin raket sayı və istehsal tempi müdafiəni məhdudlaşdırır. İlk otuz altı saat ərzində yüzlərlə raket atılıb və Arrow 3 ilə David’s Sling sistemlərinin ehtiyatları sürətlə azalmaqdadır; mövcud istehsal ildə yalnız 40-dan az raket təmin edir və 2030-cu ilə qədər bu vəziyyət dəyişməyəcək.
ABŞ və İsrailin İrana qarşı əməliyyatlarına cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri, həmçinin Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ bazalarını hədəf alıb.
Sədaqət Həsənova














