ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, 140-dan çox İran gəmisi zədələnib və ya məhv edilib.
Gündəm24.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İrana qarşı əməliyyatın başlanğıcından bəri ABŞ hərbçiləri 9000-dən çox hədəfə zərbə endirib.
Komandanlığın X səhifəsində dərc olunmuş bəyanatda deyilir: “9000-dən çox hədəfə zərbə endirilib. 9000-dən çox döyüş uçuşu həyata keçirilib. 140-dan çox İran gəmisi zədələnib və ya məhv edilib”.
ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidləri iddiaları ilə əsaslandırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ hərbi bazalarına da zərbələr endirilib.
Ali Rəhbər Ayətullah Əli Xamenei və bəzi digər İran liderlərinin ABŞ-İsrail birgə hücumunda öldürüldüyü bildirilib.
Sədaqət Həsənova













