ABŞ ilə İran arasında diplomatik əlaqələrin açılması istiqamətində müəyyən addımlar atılsa da, Vaşinqtonun hərbi əməliyyatları dayandırılmayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“The New York Times” qəzetinin yazdığına görə, Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, Prezident Donald Tramp və onun danışıqçıları diplomatik əlaqələr üçün yaranmış yeni imkanları araşdırdığı bir vaxtda, “Epik Qəzəb” əməliyyatı davam edir. Onun sözlərinə görə, əməliyyat ABŞ Prezidenti və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərin yerinə yetirilməsi üçün davam etdirilir.
Ağ Ev rəsmisi qeyd edib ki, diplomatik kanalların açılması hərbi əməliyyatların dayandırılması anlamına gəlmir və ABŞ rəhbərliyi paralel şəkildə həm diplomatik, həm də hərbi strategiyanı davam etdirir.














