Qlobal internet monitoru tərəfindən yerləşdirilən məlumatlar şəbəkə bağlantısı səviyyəsinin 1% olduğunu göstərir.
Gündəm24.az xəbər verir ki, İranda internet 600 saatdan çoxdur kəsilib – şəbəkə yalnız 1% işləyir.
Qlobal monitor NetBlocks bildirir ki, kəsinti 26-cı günə çatıb.
Fevralın 28-də ABŞ və İsrail İrana hərbi əməliyyat başladı, Tehran və digər böyük şəhərlər vuruldu.
İİKK İsraildəki obyktləri hədəf alan cavab əməliyyatı elan etdi.
Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ bazaları da hədəfə alınıb.
Sədaqət Həsənova












