Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yanacaq böhranı pik həddə – Rusiya hələ belə ÇÖKMƏMİŞDİ

24/06/2026 09:22
Dünya
793 41
Yanacaq böhranı pik həddə – Rusiya hələ belə ÇÖKMƏMİŞDİ
690
Paylaşım sayı
959
Baxış sayı

Rusiyada yanacaq böhranı genişlənir. Belə ki, ötən gün Rusiyanın Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn benzin satışına məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.

Gündəm24.az xəbər verir ki, o, bölgədə yanacaq tələbatının nəzərəçarpacaq dərəcədə artdığını bildirərək, ajiotajın qıtlığı daha da şiddətləndirdiyini qeyd edib və bu səbəbdən operativ qərargahın qərarı ilə iyunun 24-dən etibarən yanacaqdoldurma məntəqələrində yanacağın yalnız avtomobil çənlərinə vurulmasına icazə verildiyini açıqlayıb. Qərargah yerli antiinhisar xidmətinə regionun bütün yanacaqdoldurma məntəqələrində qiymət artımına qarşı nəzarəti sərtləşdirməyi tapşırıb. Belqorod vilayətinin hakimiyyət orqanları da əsas şəbəkələrin yanacaqdoldurma məntəqələrində bir dəfəyə alına biləcək benzin və dizel miqdarına limitlər qoyulduğunu bildirib. İndi “LUKOYL” şirkətinin yanacaqdoldurma məntəqələrində fiziki şəxslərə bir ələ 30 litr benzin və ya 60 litr dizel yanacağı verilir, “Rosneft”də kanistrlərə yanacaq satışı sərhədə yaxın olanlar istisna olmaqla məhdudlaşdırılıb, “Qazprom neft”in məntəqələri isə operativ ehtiyatlar dolana qədər Aİ-95 markalı benzin satışını dayandırıb.

İyunun 23-də Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə Rusiya regionlarında və ilhaq edilmiş Krımda yanacaq qıtlığı ilə bağlı məruzələri dinləyib. Rusiya mətbuatının məlumatına görə, baş nazirin müavini Aleksandr Novak Rusiya bazarındakı vəziyyəti çətin, lakin nəzarət altında adlandırıb, qıtlığı isə ayrı-ayrı regionlarda və yanacaqdoldurma məntəqələrində vaxtaşırı yaranan logistik problemlərlə əlaqələndirib. Onun sözlərinə görə, Rusiya hökuməti qıtlıqla mübarizə üçün benzin və aviasiya kerosininin ixracına tam qadağaya əlavə olaraq, dizel yanacağının ixracına tam qadağa qoyulmasını da nəzərdən keçirir və bütün neft emalı zavodlarının gücü artırılıb,
təmir müddətləri qısaldılıb. Putin öz növbəsində Ukraynanın Rusiya arxa cəbhəsinə hücumlarının artmasını Kiyevin cəbhədəki vəziyyətin pisləşməsinə görə özünü doğrultmaq və danışıqlarda mövqelərini gücləndirmək cəhdi kimi qiymətləndirib.

Tümen vilayətindəki “Qazprom neft” yanacaqdoldurma məntəqələrində də yanacaq satışına məhdudiyyətlər tətbiq edilib və artıq benzin bir maşına 40 litr, dizel yanacağı isə yaşayış məntəqələrində 80, magistrallarda isə 200 litrədək satılır, kanistrlərə yanacaq doldurulması isə qadağan edilib. Rusiyanın əsas neftçıxarma regionu olan Xantı-Mansi Muxtar Dairəsində də analoji məhdudiyyətlər tətbiq olunub və yanacaq yalnız avtomobilin çəninə və qabaqcadan ödənişlə verilir.

Tomsk vilayətinin Strejevo şəhərində də eyni limitlər tətbiq edilib, Novosibirsk vilayətinin rəhbəri Andrey Travnikov isə regionda spekulyativ tələbatın qarşısını almaq üçün limitlərin tətbiqini elan edib.

Saratov, Penza, Voronej vilayətlərində də bir maşına düşən yanacaq miqdarına limitlər qoyulub.

Vladimir vilayətinin rəhbəri sakinləri avtomobillə hərəkəti azaltmağa çağırıb, Şimali Osetiya rəhbəri Sergey Menyalo isə qıtlıq fonunda toxunulmaz yanacaq ehtiyatının yaradılmasına dair tapşırıq verib. İrkutsk və Omsk vilayətlərində, eləcə də Krasnoyarsk diyarında da yanacaq satışında ciddi məhdudiyyətlər tətbiq edilir. İlhaq edilmiş Krım ərazisində isə iyunun 21-də Kerç boğazındakı logistik qovşağa edilən hücumdan sonra benzin satışı tamamilə dayandırılıb. Bir çox Rusiya regionlarında və Ukraynanın işğal olunmuş ərazilərində iyun ayında Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına hücumları nəticəsində benzin çatışmazlığı başlayıb və sənaye mənbələri vurğuların Rusiyanın mərkəzi hissəsindəki iri neft emalı zavodlarının fəaliyyətini dayandırdığını təsdiqləyir.//NOCOMMENT.az

Oxşarxəbərlər

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər – VİDEO
Dünya

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər – VİDEO

21/09/2026 15:35
961
Sindi Kroufordun 27 yaşlı oğlu vəfat etdi
Dünya

Sindi Kroufordun 27 yaşlı oğlu vəfat etdi

21/09/2026 10:35
962
Moskva görüşü ərəfəsi görün nələr dedi
Dünya

Moskva görüşü ərəfəsi görün nələr dedi

21/09/2026 10:03
961
Rusiya üçün dəhşətli xəbər yayıldı – FOTO
Dünya

Rusiya üçün dəhşətli xəbər yayıldı – FOTO

21/09/2026 09:43
956
Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR
Dünya

Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR

21/09/2026 08:00
955
Araqçi Nyu-Yorka gedir
Manşet

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İrəvandan Azərbaycanla delimitasiya AÇIQLAMASI

İrəvandan Azərbaycanla delimitasiya AÇIQLAMASI

21/09/2026 16:02
951
Kredit kartı borcunu ödəyə bilməyənlərin DİQQƏTİNƏ – Mühüm AÇIQLAMA

Kredit kartı borcunu ödəyə bilməyənlərin DİQQƏTİNƏ – Mühüm AÇIQLAMA

21/09/2026 15:50
952
Bu institut ləğv edilir – Baş nazir QƏRAR İMZALADI

Bu institut ləğv edilir – Baş nazir QƏRAR İMZALADI

21/09/2026 15:49
963
45 yaşlı Adriana Limanın son görüntüsü gündəm oldu — FOTO

45 yaşlı Adriana Limanın son görüntüsü gündəm oldu — FOTO

21/09/2026 15:45
963

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.