Qəzet bildirib ki, Avropa rəsmiləri “ABŞ prezidentinin NATO-dan çıxmaqla bağlı təhdidlərinə necə cavab verəcəklərini və əgər o, bunu etsəydi nə edəcəklərini” müzakirə edirlər.
Gündəm24.az–ın məlumatına görə, “Politico” mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinə hücumları, o cümlədən onların İrana qarşı hərbi əməliyyata qoşulmaqdan imtina etməsi, ittifaqı parçalayır. Qəzet bildirir ki, Avropa rəsmiləri “ABŞ prezidentinin NATO-dan çıxmaqla bağlı təhdidlərinə necə reaksiya verəcəklərini” şəxsi görüşlərdə və Brüsseldə müzakirə edirlər.
Anonim avropalı diplomat bildirib ki, “NATO iflic vəziyyətdədir – hətta görüşlər keçirə də bilmirlər”. Aİ rəsmisinin sözlərinə görə, “NATO-nun artıq dağıldığı olduqca aydındır” və Avropanın müdafiə qabiliyyətlərini təcili gücləndirməsi vacibdir. Hesabatda qeyd olunur ki, Politico jurnalının 24 nazir, rəsmi şəxs və diplomatla müsahibələri, hazırkı ABŞ liderinin hərəkətlərinin müharibədən sonrakı dünya nizamında köklü dəyişikliklərə səbəb olduğunu göstərir.
Sədaqət Həsənova














