Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Finlandiyaya qarşı təhdid dolu bəyanatla çıxış edib. O, Rusiya ilə sərhəddə kifayət qədər hərbi texnikanın cəmləşdiyini və ölkənin Finlandiyanın yarısını “yerlə-yeksan etmək” gücündə olduğunu iddia edib.
Gündəm24.az xəbər verir ki, Juravlyov Finlandiya hakimiyyətini, xüsusilə prezident Aleksandr Stubbu tənqid edərək, onları ölkəni “uçuruma aparmaqda” ittiham edib. O, Finlandiyanın Rusiya ilə gərginliyi artırmaq üçün hər cür vasitədən istifadə etdiyini və təxribatlara əl atdığını bildirib.
Juravlyovun sözlərinə görə, Finlandiya tədricən “ikinci Ukrayna”ya çevrilir. O, neytral və dost ölkədən bir neçə il ərzində NATO-nun bir parçasına çevrilən Finlandiyanın indi də öz ərazisində nüvə silahı yerləşdirmək məsələsini gündəmə gətirməsini ciddi təhdid kimi qiymətləndirib.//nocomment.az













