Ramazan ayının başa çatması ilə toy etmək istəyənlərin sayı artıb. Bu isə şadlıq saraylarına olan tələbatı əhəmiyyətli dərəcədə yüksəldir.
Gündəm24.az Milli.az-a istinadən xəbər verir ki, restoran sahiblərinin sözlərinə görə, aprel ayına toy etmək istəyənlər çoxdur:
“Həftəiçinə nisbətən həftəsonu toylar üstünlük təşkil edir. Məhərrəmlik ayına qədər kimi hətta məhərrəmlikdən sonraya da yerlər rezerv olunub. Boş günlər demək olar məhduddur. Hər aya 20-25 toy yazılıb. Qiymətlərdə isə heç bir dəyişiklik yoxdur. Menyu 60-180 arası dəyişir. Menyu qiymətləri zaldan və menyudan asılı olaraq dəyişir”.
Bölgələrdə də eyni vəziyyətdir. Toylar boldur, amma restoran sahibinin sözlərinə görə, menyular 40 manatdan başlayır:
“Salat çeşidi çox olarsa, qiymət fərqlənir. Kabablar və balıq məhsulları da menyunu fərqləndirən əsas məhsullardır”.
İnzibatçılar qeyd edirlər ki, yay aylarında toy edənlərin sayı daha da artacaq. Qiymətlər isə daha münasib olacaq.














