Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynov deyib.
O, bildirib ki, bu, ümumilikdə müsbət addımdır:
“Çünki bəzən insanların metro kartında pul qalmır, ya da yükləməyi unudurlar. Elə hallar olur ki, sərnişin kartında balans olduğunu düşünür, amma istifadə edərkən ödəniş mümkün olmur. Belə vəziyyətlərdə bank kartı ilə ödəmə imkanı insanlara əlavə rahatlıq verəcək və texniki imkanlardan asılı olaraq mərhələli şəkildə geniş tətbiq ediləcək”.














