Ukraynada saxlanılan Azərbaycan vətəndaşı Azərbaycana ekstradisiya edilib.
Gündəm24.az xəbər verir ki, Ukrayna polisi və prokurorluğunun məlumatına görə, 43 yaşlı keçmiş ingilis dili müəllimi Rusiyanın tərəfində döyüşdüyünə görə Azərbaycana təhvil verilib və onu 15 ilə qədər həbs cəzası gözləyir.
Bildirilir ki, həmin şəxs 2023-cü ilin oktyabr ayında Rusiya ordusu ilə müqavilə imzalayıb və “DPR” adlanan silahlı birləşməyə qoşulub. O, hücum rotasında qumbaraatan köməkçisi kimi xidmət edib və Donetsk bölgəsində Lev və Rafik çağırış nişanları altında döyüşüb.

Məlumatda qeyd olunur ki, onun əvvəllər hərbi təcrübəsi olmayıb. O, ixtisasca ingilis dili müəllimi olub, həmçinin tərcüməçi və bələdçi kimi fəaliyyət göstərib.
Azərbaycan vətəndaşı 2024-cü ildə Oçeretino yaxınlığında Ukrayna hərbçiləri tərəfindən saxlanılıb. Daha sonra bütün sübutlar Azərbaycan tərəfinə təhvil verilib.
Onun qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə şübhəli bilindiyi bildirilir.













