İsrail Müdafiə Ordusu İranın üç hava limanına – Bəhram, Mehrabad və Azmayeşə zərbələr endirərək hərbi obyektləri və aviasiya texnikasını vurub.
Gündəm24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, hücumlar aprelin 6-na keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) onlarla qırıcısı ilə həyata keçirilib. Zərbələr kəşfiyyat məlumatları əsasında endirilib və İran HHQ-nin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aviasiyasının zəiflədilməsinə yönəlib.













