İran dövlət televiziyası, İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) bu gün saat 21:00-dək ölkənin dəmir yolu obyektlərinə yaxınlaşmamaq barədə xəbərdarlığına cavab olaraq, vətəndaşları həmin ərazilərə toplaşmağa və strateji infrastrukturu qorumaq üçün “canlı qalxan” olmağa çağırıb.
Gündəm24.az xəbər verir ki, buna paralel olaraq, İran Ali Şurasının katibi Əlirza Rəhimi də ABŞ-ın hədələrindən sonra gəncləri elektrik stansiyalarını müdafiə etmək üçün “canlı zəncir”lər yaratmağa səsləyib. Hazırda regionda gərginlik pik həddə çatıb və hər iki tərəf strateji obyektlər üzərindən qarşılıqlı təhdidlərini davam etdirir./NOCOMMENT.az/













