Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ermənistanla BAĞLI ŞOK: Paşinyanın yerinə onlar gəlsə, MÜHARİBƏ BAŞLAYACAQ

11/04/2026 20:18
Dünya
854 9
Ermənistanla BAĞLI ŞOK: Paşinyanın yerinə onlar gəlsə, MÜHARİBƏ BAŞLAYACAQ
714
Paylaşım sayı
992
Baxış sayı

İyun ayında Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində rusiyayönlü qüvvələr üç ayrı blok şəklində mübarizəyə qoşulmağı planlaşdırır. İlk baxışda bu, müxalifət düşərgəsində parçalanma kimi görünsə də, böyük ehtimalla bu konfiqurasiya yalnız səsvermə gününə qədər qüvvədə qalacaq. Əgər bu qüvvələrin ayrı-ayrılıqda qazandıqları mandatların cəmi hökumət qurmağa kifayət edərsə, onlar birləşərək vahid baş nazir namizədi irəli sürəcəklər.

Gündəm24.az  xəbər verir ki, hazırda Moskvanın və şəxsən Putinin əsas favoriti milyardçı Samvel Karapetyan hesab olunur. Lakin burada çox ciddi bir “amma” var. Bəs vahid namizəd kim ola bilər?

Rusiyayönlü qüvvələr seçkilərə oliqarx Samvel Karapetyan, eks-prezident Robert Köçəryan və digər nüfuzlu iş adamı Qaqik Tsarukyanın rəhbərliyi altında gedir. Hər üç sima Qarabağ məsələsində revanşist mövqe tutur ki, bu səbəbdən baş nazir Nikol Paşinyan onları “üçbaşlı müharibə partiyası” adlandırır. Paşinyan tamamilə məntiqli şəkildə çıxış edir ki, sülh şərtlərinin yenidən nəzərdən keçirilməsi cəhdləri qaçılmaz olaraq yeni müharibə deməkdir.

Ermənistandakı son siyasi müzakirələr göstərir ki, Kreml, obrazlı desək, “bütün yumurtaları bir səbətə qoymur” və Paşinyanı əvəz edə biləcək ən azı iki potensial namizədi dəstəkləyir. Onlardan birincisi və Moskvanın aşkar favoriti milyardçı Samvel Karapetyandır. “Favorit” statusunu prezident Vladimir Putinin bu yaxınlarda Moskvada kameralar qarşısında Paşinyanla apardığı protokol söhbəti də dolayı yolla təsdiqləyir.

Lakin Ermənistanın mövcud konstitusiyası Samvel Karapetyana nəinki baş nazir postunu tutmağa, hətta seçkilərdə iştirak etməyə belə icazə vermir. O, Rusiya və Kipr vətəndaşıdır. Ölkənin Əsas Qanununa görə isə, son dörd il ərzində Ermənistan vətəndaşlığı olmayan şəxslər deputat mandatına iddia edə bilməzlər.

Köçəryanla heç kim getmək istəmir

Məhz bu səbəbdən Karapetyanın seçki blokuna onun qohumu və adaşı Narek Karapetyan rəhbərlik edir. Plan belədir: əgər oliqarxın bloku parlamentdə təkbaşına yerlərin yarısından çoxunu qazanarsa, Narek Karapetyan “keçid dövrünün koordinatoru” olacaq. Bundan sonra konstitusiyaya dəyişikliklər ediləcək və bu, Samvel Karapetyanın baş nazir kürsüsünə birbaşa yolunu açacaq.

Karapetyan özü namizəd ola bilmədiyi üçün tərəfdarları blokun adında onun adından istifadə etmək (“Samvel Karapetyanla Güclü Ermənistan”) niyyətində idilər. Lakin hakim “Mülki Müqavilə” fraksiyası Paşinyanın Moskva səfərindən sonra gözlənilmədən Seçki Məcəlləsinə düzəliş edərək blokların ayrı-ayrı şəxslərin adları ilə adlandırılmasını qadağan etdi.

Çıxılmaz yol, yoxsa koalisiya?

Beləliklə, “üçbaşlı müharibə partiyası”nın bir “başı” olan Samvel Karapetyanın qarşısında ciddi hüquqi maneələr dayanır. Onun siyasi qüvvəsinin təkbaşına yerlərin yarısından çoxunu alacağı da az ehtimal olunur. Deməli, Karapetyan tərəfdarları digər “başlarla” birləşmək məcburiyyətində qalacaqlar. Bu ittifaqın uğuru isə Robert Köçəryan və Qaqik Tsarukyanla aparılacaq seçkidən sonrakı danışıqlardan asılı olacaq.

İkinci “baş” Qaqik Tsarukyan Karapetyanı dəstəkləmək imkanını istisna etmir. Özü rəsmən baş nazir postuna iddia etməsə də, rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasının seçki siyahısında birinci yerdədir. Bununla belə, Tsarukyan bəyan edir ki, nə hazırkı hökumətlə, nə də “Ermənistan” blokunun lideri Robert Köçəryanla koalisiya qurmaq niyyətində deyil – hətta bu, Paşinyanı devirməyin yeganə yolu olsa belə. Samvel Karapetyan məsələsində isə o, “müzakirə meydanı” görür.//konkret.az

Oxşarxəbərlər

“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünya

“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır

23/09/2026 21:57
951
Evdə keçirilən ziyafətdə atışma: 11 nəfər öldü – bu ölkədə
Dünya

Evdə keçirilən ziyafətdə atışma: 11 nəfər öldü – bu ölkədə

23/09/2026 20:21
953
Məhkəməyə bu geyimdə gələn vəkillə hakim arasında gərginlik – GÖRÜNTÜLƏR
Dünya

Məhkəməyə bu geyimdə gələn vəkillə hakim arasında gərginlik – GÖRÜNTÜLƏR

23/09/2026 18:31
959
SON DƏQİQƏ! Mansur Yavaş CHP-dən GETDİ
Dünya

SON DƏQİQƏ! Mansur Yavaş CHP-dən GETDİ

23/09/2026 14:47
957
TƏCİLİ! Rusiya Kiyevə genişmiqyaslı HÜCUMA KEÇDİ – VİDEO
Dünya

TƏCİLİ! Rusiya Kiyevə genişmiqyaslı HÜCUMA KEÇDİ – VİDEO

23/09/2026 14:28
957
İran sərhədlərə qoşun yığır – Yeni hazırlıq
Dünya

İran sərhədlərə qoşun yığır – Yeni hazırlıq

23/09/2026 14:05
962

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır

“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır

23/09/2026 21:57
951
Vilayət Eyvazov qərar imzalayıb

Vilayət Eyvazov qərar imzalayıb

23/09/2026 20:58
951
Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü

Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü

23/09/2026 20:57
951
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

23/09/2026 20:48
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
964

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.