İran tərəfi Tehranda Pakistan nümayəndə heyəti ilə keçirilən görüşdən sonra ABŞ ilə danışıqların növbəti mərhələsi barədə yekun qərarını verəcək. “Sabereen News”un mənbələrə istinadən yaydığı məlumata görə, Tehran hazırda bölgədəki diplomatik atmosferi dərindən analiz edir.
Gündəm24.az xəbər verir ki, İran rəsmiləri Livanda atəşkəs rejiminin bərqərar olunmasını müsbət bir siqnal kimi qiymətləndirirlər. Bu addım gələcək danışıqlar üçün zəmin yarada biləcək mühüm faktor kimi nəzərdən keçirilir.
Buna baxmayaraq, Tehranın Vaşinqton qarşısında konkret şərtləri var. Bildirilir ki, ABŞ danışıqlar prosesini ifrat tələblərlə və ya əvvəllər əldə olunmuş razılaşmaları pozmaqla zədələməməli, “məntiqli danışıqlar çərçivəsinə” sadiq qalmalıdır. Əks təqdirdə, növbəti mərhələnin baş tutması sual altına düşə bilər./KONKRET.az














