Rusiyanın Xalq artisti Stas Mixaylovla həyat yoldaşı İnna ayrılıb.
Gündəm24.az xəbər verir ki, bu barədə ifaçının xanımı sosial şəbəkədə yazıb. İnna izləyicilərinin suallarını cavablandırarkən Stas Mixaylovla ayrıldıqlarını etiraf edib:
“Artıq birlikdə deyilik. Onun hazırkı obrazına və xarici görünüşünə heç bir aidiyyatım yoxdur”.
Qeyd edək ki, Stas və İnna təxminən 20 il birlikdə olublar. Onlar 2006-cı ilin noyabrın sonunda tanış olub, 2011-ci ildə evləniblər. Cütlüyün İvanna və Mariya adlı iki övladı var.//axşam.az














