Türkiyədə təhsil nazirinin müavini Nazif Yılmaz vəzifəsindən azad edilib.
Gündəm24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Rəsmi qazet”də yayımlanıb.
Prezidentin digər qərarı ilə Cihad Demirli N. Yılmazın yerinə təyinat alıb.
Sözügedən qərarın Türkiyənin Şanlıurfa və Qəhrəmanmaraş vilayətlərində məktəblərə silahlı hücum təşkil olunması fonunda qəbul edilməsi diqqət çəkib.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfada məktəbə təşkil edilən silahlı hücum nəticəsində 16 nəfər xəsarət alıb. İkinci hadisə isə aprelin 15-də Qəhrəmanmaraşda baş verib. Məktəbə silahla gələn İ. A. Mersinlinin ətrafa atəş açması nəticəsində biri müəllim olmaqla, 9 nəfər həlak olub, 13 nəfər yaralanıb. Cinayətkar daha sonra özünü öldürüb. Daha sonra xəstəxanada daha bir şagird də həyatını itirib.














