ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazı yaxınlığında yerləşən Larak adasına raket zərbəsi endirib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İranın aidiyyəti qurumları ABŞ-nin hansı obyekti hədəfə aldığını və zərbənin vurduğu mümkün ziyanın miqyasını müəyyənləşdirirlər. Eyni zamanda, agentlik ABŞ raketinin qonşu Qeşm adasındakı körpülərdən birinə düşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.













