Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə edilən son hücumlardan sonra rəsmi Əbu-Dabi səssizliyini pozub. Ölkənin Xarici İşlər Nazirliyi baş verən hadisələrlə bağlı kəskin bəyanat yayıb.
NOCOMMENT.az xəbər verir ki, nazirliyin açıqlamasında ölkənin təhlükəsizliyi və suverenliyinin “qırmızı xətt” olduğu vurğulanıb: “Biz heç bir şərt altında təhlükəsizliyimizin və suverenliyimizin müdafiəsində kompromisə getməyəcəyik. Baş verən hücumlara tam və qanunauyğun şəkildə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”.
Qeyd edək ki, bu bəyanat Fujayra və Dubayda qeydə alınan raket və dron təhlükələrindən dərhal sonra verilib. Regionda hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda BƏƏ-nin bu xəbərdarlığı genişmiqyaslı hərbi cavab ehtimalını gündəmə gətirib.














