Litva Belarusdan uçduğu iddia edilən PUA ilə bağlı hava hücumu həyəcanı elan edib.
Gündəm24.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
“Paytaxt hava limanı müvəqqəti olaraq bağlanıb və İqnalin sərhəd bölgəsindəki uşaqlar sığınacaqlara yerləşdirilib”, – məlumatda qeyd olunub.
NATO qırıcılarının havaya qaldırıldığı bildirilib.













